İnflyasiya 14 faiz yüksəkdir

İnflyasiya 14 faiz yüksəkdir

“Banker.az” saytında “14 % inflyasiya yüksəkdir…” sərlövhəli yazı oxumaq olar.
 
Yazıda bildirilir ki, pulun alıcılıq qabiliyyətini istehlak qiymətlərinin indeksi müəyyən edir. Qiymətlər yüksəlirsə manatın reallıqda dəyəri aşağı düşür.
 
Yazıda bildirilir ki, manatın dollara nisbətdəsabit qalmasının bir çox səbəbləri var.
 
Müəllif son dönəmlər neftin bahalşmasını və qeyri neft sektorunda ixracın az da olsa artmasını belə amillər sırasına daxil edir.
 
Ancaq yazıda vurğulanır ki, bütün dünyada ərzaq məhsullarının qiymətləri qalxır:
 
“Nəzərə alsaq ki, bu, Azərbaycanda məhz valyuta gəlirlərinin azaldığı bir dövrə, yəni qeyri-neft sektorunun, hələ yenicə inkişaf etmək istədiyi bir dövrə təsadüf edir. Odur ki, böyük çətinliklər yaradır”.
 
​Müəllif Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2017-ci ilin 8 ayında orta illik inflyasiya 14 faiz təşkil edib.
 
Müəllifə görə, dövriyyədə nağd manat kütləsinin qıt olduğu bir vaxtda, ölkədə sərt pul-kredit siyasəti həyata keçirildiyi bir dönəmdəbu həddə inflyasiyayüksəkdir.
 
Yazıda bildirilir ki, qiymətlərin artmasının bir sıra daxili səbəbləri də var.
 
Müllif hesab edir ki, qiymət yüksəlişinin əsas səbəblərindən biri, ölkəyə turist axını və idxalın azalmasıdır.Üstəlik, yerli istehsalda da ciddi şəkildə irəlləyiş yoxdur. /

Google+ WhatsApp ok.ru