İnformasiya texnologiyalarına maneələr 18 İyul 2017 01:00 Ölkə "Exo" qəzetində "Azərbaycanın internet-mağazaları üçün "qara siyahı"" sərlövhəli məqalə oxumaq olar. Yazıda internet-ticarətin problemləri, Azərbaycanda inkişaf perspektivi ekspertlərlə müzakirə edilir. İKT İnformasiya Mərkəzinin rəhbəri Fərid Kazımov qəzetə açıqlamasında internet-mağazaların vətəndaşları bəzən aldatmasına toxunub. O deyib ki, bu tip mağazalar heç də istisna təşkil etmirlər: "Yəni, ölkədə istehlakçıların hüquqlarını qoruyan qanunvericilik var. Odur ki, qanun istər ənənəvi, istərsə də onlayn-ticarət üçün eyni dərəcədə işləyir". Daha sonra ekspert vurğulayıb ki, onlayn-ticarətin əsas ağırlığı sosial şəbəkələr vasitəsilə fəallıq göstərən özəl satıcıların üzərinə düşür. Ekspert Nəriman Ağayev də deyib ki, Azərbaycanda internet-ticarətin payına düşən dövriyyə olduqca azdır. İnternet-mağazalar da çox deyil: "Əgər ciddi, iri mağazalardan danışmalı olsaq, bu, 10-a qədərdir. Sosial şəbəkələrdə hansısa səhifələr var ki, onu da internet-mağaza adlandırmağa adamın dili gəlmir". Ekspert deyir ki, ölkədə ümumi mal dövriyyəsində internet-mağazaların payı cəmi 0.01 faiz təşkil edir. N.Ağayev hesab edir ki, bu sahə perspektivlidir, Azərbaycanda da inkişaf qaçılmazdır. Amma bu inkişaf bəzi amillərlə bağlıdır: "Əlbəttə, bu sahənin zəruri mallarla təmin edilməsindən ötrü gömrük orqanların həddindən artıq təzyiqləri dayandırılmalıdır. Əks halda bu sahədə inkişaf ləngiyəcək". / Teqlər : #İnformasiya texnologiyalarına maneələr, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah havanın temperaturu: 42 dərəcə - XƏBƏRDARLIQ Qurban bayramı ilə əlaqədar 4 gün tətil olacaq