NİİM: Bakının əsas küçə və prospektlərində avtomobillərin orta hərəkət sürəti artıb 19 Oktyabr 2015 01:00 Ölkə Bakı şəhərinin əsas küçə və prospektlərində sentyabr ayında nəqliyyat vasitələrinin orta hərəkət sürəti artıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. NİİM tərəfindən idarə olunan yol kəsişmələrində işıqforlara yeni vaxt planlarının tətbiq olunması, irəli sürülən təkliflər və Ziya Bünyadov prospektinin tam istifadəyə verilməsi nəticəsində Bakı şəhərinin əsas küçə və prospektlərində cari ilin sentyabr ayında keçən illə müqayisədə nəqliyyat vasitələrinin orta hərəkət sürəti artıb. Teqlər : #NİİM: Bakının əsas küçə və prospektlərində avtomobillərin orta hərəkət sürəti artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tovuzda bir mülki şəxs minaya düşüb Sumqayıt sakinləri hələ yanvar ayına kimi əziyyət çəkəcəklər