Nobel prospekti bağlanır 19 Dekabr 2014 02:00 Ölkə Bakının Nobel prospektində nəqliyyatın hərəkəti bir neçə saatlıq qismən məhdudlaşdırılır. Bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. P. Mürsəliyev bildirib ki, saat 11:30-dan etibarən yolun üfüqi nişanlanması işləri ilə əlaqədar olaraq adıçəkilən prospektin şəhərin mərkəzi istiqamətində (Bakı Ağ Şəhər layihəsinin qarşısında) 300 metrlik məsafə qismən bağlı olacaq. İşlərin 2 saat ərzində yekunlaşdırılacağı nəzərdə tutulub. Teqlər : #Nobel prospekti bağlanır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün Bakının bəzi rayonlarında su olmayacaq Qafqazın ən böyük məscidinin açılış tarixi bəlli oldu