Nobel prospektində böyük tıxac yaranıb

Alfred Nobel prospektinin Süleyman Əhmədov küçəsi ilə kəsişməsində (şəhər istiqamətində) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yolda tıxac yaranıb.
 
Bu barədə Maide.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. 
 
Sürücülərə alternativ olaraq Ramiz Quliyev küçəsindən istifadə etməklə Babək prospekti ilə hərəkət etmələri tövsiyə olunur.

Google+ WhatsApp ok.ru