İnstitut direktoru: Vərəmə yoluxan uşaqların sayı artır 30 Yanvar 2018 02:00 Ölkə -- Bu, bizi çox narahat edir. Son illərdə vərəmə yoluxan uşaqların sayı artır. Bu, bizi çox narahat edir. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edərkən deyib. Onun sözlərinə görə, xəstələrin qeydiyyatdan kənarda qalmasında iki tərəf maraqlıdır: “Bunda həm ailə, həm də həkimlər maraqlı olur. Mən onlara dırnaq içində həkim deyirəm. Çünki onlar öz borclarını yerinə yetirmirlər, öz andlarını pozaraq o xəstələri düzgün müalicə etmirlər. Bu gün vərəm xəstələrinin müalicəsi ÜST-ün yeni protokolları əsasında aparılır. Xəstələrin müalicəsinin kor-koranə aparılması daha ciddi problemlər yaradır”. H.Qədirova deyib ki, bu gün bütün dünyada vərəm xəstələrinin evlərdə müalicə edilməsinə üstünlük verilir: "Buna görə də onlara maliyyə dəstəyinin göstərilməsi lazımdır". Teqlər : #İnstitut direktoru: Vərəmə yoluxan uşaqların sayı artır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb - XƏBƏRDARIQ Sabah ilin ilk Ay tutulması baş verəcək