İnterpol FİFA-nın keçmiş vitse-prezidenti barəsində axtarış elan edib

FİFA-nın korrupsiyada ittiham olunan bir neçə yüksək vəzifəli məmuru Sürixdə həbs edilib

İnterpol FİFA-nın keçmiş vitse-prezidenti Cek Uorner və Cənubi Amerika Futbol Konfederasiyasının keçmiş prezidenti Nikolas Leos barəsində beynəlxalq axtarış elan edib.
 
Müvafiq məlumat təşkilatın saytında dərc edilib.    
 
Məlumata görə, “pulların yuyulması”, dələduzluq və pul tələb etməkdə (reket) ittiham olunan FİFA-nın keçmiş məmurları ABŞ hakimiyyəti tərəfindən axtarılır.   
 
Qeyd edək ki, ötən həftə FİFA-nın korrupsiyada ittiham olunan bir neçə yüksək vəzifəli məmuru Sürixdə həbs edilib.  

Google+ WhatsApp ok.ru