İntiqam Əliyevin qızı: “Atamın səhhətindəki problemlər davam etməkdədir”

“Həbsxana mühiti İntiqam Əliyevin sağlamlığına çox mənfi təsir edir vә orada müalicə almağa heç bir imkan yoxdur”. Bunları Deyerler.org-a İntiqam Əliyevin qızı Nərmin Kamilsoy bildirib. O qeyd edib ki, İntiqam Əliyevlə axrıncı dəfə bir həftə öncə görüşüblər: “İki aya yaxındır ki, təcridxanadan cəzaçəkmə müəssisəinə keçirilib. Ayda  iki dəfə görüşmək imkanı var.
İntiqam Əliyev təcridxanada olduğu kimi cəzaçəkmə müsəssiəsində də sağlamlığı ilə bağlı heç bir irəliləyişlər yoxdur. Heç bir ümid də yoxdur ki, nə vaxtsa bu sağlamlığı ilə bağlı müalicə ala bilsin. Eyni zamanda həbsxana mühiti də onun sağlamlığına çox mənfi təsir edir vә orada müalicə almağa heç bir imkan yoxdur.
Əvvəllər İntiqam Əliyevi müalicə mərkəzinə köçürülməsi ilə bağlı tez-tez müraciət olunurdu. Amma bu müraciətlər nəticə vermədi deyə artıq mütəmadi müraciətlər olmur. Ola bilsin ki, vəkillər müraciət edirlər. Təcridxanada bu məsələ ilə bağlı müraciət olunanda həkimlər gəlib müəyyən yoxlanış keçirdirdilər. Amma bunun heç bir effekti olmurdu. Onlar özləri bildikləri kimi müayinə edirdilәr və gərəksiz dərmanlar verilirdi. İntiqam Əliyev çox ciddi müayinə olunmalı və ona müvafiq dərmanlar verilməlidir”./

Google+ WhatsApp ok.ru