İnyesta `Barselona`dan gedəcəkmi?

"Barselona"nın yarımmüdafiəçisi Andres İnyestanın komandadakı gələcək taleyinə aydınlıq gəlib.
 
Qol.az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, 32 yaşlı futbolçu növbəti mövsümdə də Kataloniya təmsilçisində qalacağını bildirib.
 
Birləşmiş Ərəb Əmirlikləri və Çindən gələn təklifləri rədd edən ispaniyalı futbolçunun "Barselona" ilə müqaviləsi 2018-ci ildə başa çatacaq.
 
Qeyd edək ki, cari mövsüm 42 oyunda iştirak edən İnyesta 1 qol vurub və 2 məhsuldar ötürmə verib. /

Google+ WhatsApp ok.ru