Nyu Yorkda işğalçı İsraili dəstəkləyən senatorlara etiraz olundu

ABŞ-da işğalçı İsraili dəstəkləyən senatorların əleyhinə aksiya baş tutub.

İslamazeri.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Nyu York şəhərində işğalçı İsrail rejimini dəstəkləyən senatorların əleyhinə etiraz aksiyası keçirilib.

Senator Çak Şumer və senator Qilibrandın ofisləri qarşısında keçirilən aksiya səhər saatlarından başlayıb və axşam saatlarına qədər davam edib.

Etiraz aksiyasını kənardan izləyən vətəndaşlara içərisində “Birlikdə, səsimizi yüksəldərək, Fələstinin qurtuluşu mübarizəsində, Fələstinlilərin öz gələcəyini təyin etmək haqqı üçün ədalət çağırışı edirik" yazılmış broşur paylanıb./

Google+ WhatsApp ok.ru