Olimpiya oyunlarına daha 8 idman növü əlavə oluna bilər

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daha 8 idman növü əlavə oluna bilər.
Bu haqda "RİA Novosti" məlumat yayıb.
Xəbərdə bildirilib ki, beysbol/softbol, boulinq, karate, diyircəkli konki, dağadırmanma, skvoş (tennisin növü), serfinq və uşunun olimpiya oyunlarına əlavə edilməsi mümkündür. 
Məlumata görə, əvvəlcə seçim üçün siyahıya 26 idman növü daxil edilmişdi.
Adıçəkilən 8 idman növünün təsdiqlənməsi haqda yekun qərar 2016-cı ilin avqustunda qəbul olunacaq.
Qeyd edək ki, 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarına beysbol/softbol daxil olduğundan bu növün təsdiqlənməsi ehtimalı böyükdür. 

Google+ WhatsApp ok.ru