OPEK: 4 ildən sonra Azərbaycanda hasilat sutkada 0,7 mln barrelə düşəcək

OPEK Azərbaycanda orta və uzunmüddətli perspektivdə hasilatın azalacağını gözləyir.
 
OPEK-in neft bazarı üzrə məruzəsinə əsasən, Azərbaycanda neft hasilatı 2011-ci ildəki sutkada 0,93 mln barreldən 2014-cü ildə 0,87 mln barrelə düşüb.
 
OPEK-in proqnozuna görə, Azərbaycanda neft və kondensat hasilatı düşməkdə davam edəcək və 2020-ci ildə sutkada 0,7 mln barrel olacaq.
 
2040-cı ildə bu göstərici sutkada 0,6 mln barrelə düşəcək.
 
OPEK-in proqnozuna görə, 2015-ci ildə Azərbaycanda neft və kondensat hasilatı sutkada 0,84 mln barrel olacaq.contact /

Google+ WhatsApp ok.ru