OPEK Venesuela, Ekvador və İranla hasilatın azaldılmasını müzakirə edəcək

OPEK Venesuela, Ekvador və İranla hasilatın azaldılmasını müzakirə edəcək

Qurumun baş katibi bu məqsədlə sözügedən ölkələrə səfər etmək niyyətindədir
 
OPEK-in baş katibi Məhəmməd Barkindo neft hasilatının azaldılmasını müzakirə etmək üçün Venesuela, Ekvador və İrana gedə bilər.
"Report" xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən "Wall Street Journal" nəşri yazıb.
 
"Bu ərəfədə, OPEK-in baş katibi Məhəmməd Barkindo yaxın günlərdə neft hasilatının planlaşdırılmış şəkildə azaldılmasını müzakirə etmək üçün Venesuela, Ekvador və İrana səfər etmək niyyətindədir", — deyə nəşr yazıb. /

Google+ WhatsApp ok.ru