Partlayış baş vermiş əraziyə yaxın yaşayış məntəqələri boşaldılıb - YENİLƏNİB - FOTO+VİDEO 27 Avqust 2017 01:00 Ölkə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib. Maide.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir. *** Baş Dövlət Yol Polisi İdarəsi bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar xəbərdarlıq edib. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar. *** Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə ərazidə partlama müşahidə olunub. Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir. İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur. Teqlər : #Partlayış baş vermiş əraziyə yaxın yaşayış məntəqələri boşaldılıb YENİLƏNİB FOTO+VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakının zibil dərdi - FOTO Həkim rəyi olmadan eynək satılmayacaq – Yeni qanun layihəsi