Paytaxtda yağışa görə sürət həddi 20 km/s azaldılıb 20 Dekabr 2018 08:16 Ölkə Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Maide.Az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir. Agentlik sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir: "Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik". Teqlər : #Paytaxtda,#yağışa,#görə,#sürət,#həddi,#km/s,#azaldılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah gözlənilən hava şəraiti açıqlanıb Nazir: 9-cu sinfi bitirənlər peşə təhsilinə cəlb ediləcək