Pensiya kartlarını itirənlərin nəzərinə! 20 Avqust 2020 11:38 Ölkə Dövlət Sosial Müdafiə Fondu sosail müavinət alan şəxslərə müraciət edib. Fondun mətbuat katibi Rəşad Mehdili Modern.az-a bildirib ki, pensiya, təqaüd, müavinət, ünvanlı sosial yardımlarını “Kapital Bank”ın plastik kartları vasitəsilə alan vətəndaşlar kartları itibsə və ya yararsız hala düşübsə, həmin bankın müvafiq ərazi üzrə filiallarına müraciət etməklə yeni kart əldə edə bilərlər. “Beynəlxaq Bank”ın plastik kartları vasitəsilə bu ödənişləri alan vətəndaşlara isə bunun üçün əvvəllər olduğu kimi, Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə filiallarına müraciət etmələri tövsiyə olunur. Teqlər : #Pensiya,#kartlarını,#itirənlərin,#nəzərinə!, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir 21 avqustda gözlənilən hava şəraiti açıqlanıb