Pensiya yaşı azalacaq

"İki və daha çox qız uşağı olan valideynlər daha tez pensiyaya çıxa biləcəklər".
 
Bunu ANS PRESS-ə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov deyib.
 
O bildirib ki, həmin təklif 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramında daxil edilib. Yeni dəyişiklik tətbiq ediləndən sonra artıq valideynlər qanunla müəyyən edilmiş vaxtdan daha tez pensiyaya çıxacaqlar və bu onlar üçün stimul yaradacaq.
 
"Valideyn ikinci qız uşağına görə 3 il, üçüncü qız uşağına görə isə 5 il tez pensiyaya çıxacaq. Bu isə qız uşaqlarının sayının artmasına gətirib çıxaracaq. Bu təklifimiz artıq Dövlət Sosial Müdafiə Fondu ilə razılaşdırılıb", - deyə Vüqar Bayramov söyləyib.
 
İSİM sədri bildirib ki, sözügedən dəyişiklik Dövlət Proqramı layihəsinə daxil edilib və yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək. Proqram qəbul edildikdən sonra isə həmin stimullaşdırıcı təkliflər qanunda öz əksini tapacaq./

Google+ WhatsApp ok.ru