Pepe “Beşiktaş”da – FOTO

Pepe “Beşiktaş”da – FOTO

“Beşiktaş” klubu “Real Madrid”lə müqaviləsi bitən portuqaliyalı müdafiəçi Pepeni transfer edib.
 
Əsl adı Kepler Laveran Lima Ferreira olan futbolçu ilə rəsmi müqavilə imzalanıb.
 
34 yaşlı futbolçu ilə 2 illik razılıq əldə edilib. Pepe illik 3 milyon 350 min avro maaş alacaq. Azad agent kimi “Beşiktaş”a keçən müdafiəçiyə imza pulu olaraq 3 milyon avro veriləcək. “Qara qartallar” növbəti mövsümdə çempion olarsa Pepe 250 min avro bonus da alacaq.
 
Qeyd edək ki, son ildə “Real Madrid”də 33 matça çıxıb və 15 qola imza atıb.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru