İpoteka kreditinin sadələşdirilmiş şərtlərlə verilməsi parlamentdə müzakirəyə çıxarılacaq

Gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi milli məclisdə qaldırılacaq. Bu barədə SalamNews-a millət vəkili Fazil Mustafa məlumat verib.
Bildirib ki, ipoteka kreditinin verilməsi mexanizmində dəyişikliklər olmalıdır.“Dövlət gənc ailələrə güzəştli ipoteka verilməsi üçün əlindən gələni edir. Əfsuslar olsun ki, bəzi banklar bundan sui istifadə edir. Yəni, heç də qarşılarına qoyulan şərtlərə tamlıqla əməl etmirlər. Təbii ki, bu bəzi banklara aiddir. Parlamentdə dəfələrlə bu məsələ qaldırılıb. Milli məclisin payız sessiyası işə başlayır. İclaslarda ipoteka məsələsini yenidən gündəmə gətirəcəm”- deyə millət vəkili qeyd edib.
/
 

Google+ WhatsApp ok.ru