Prezidentlər görüşdü -YENİLƏNİB

Tehranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin iranlı həmkarı Həsən Ruhani ilə görüşünə start verilib.
Maide.az İran prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, rəsmi qəbulda hər iki ölkənin himni səsləndikdən sonra prezidentlər hərbi paradı izləyib.  
Hər iki ölkənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə geniş tərkibdə görüşlərin keçirilməsi və sazişlərin imzalanacağı gözlənilir.   Məlumata görə, dövlət başçıları ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələləri də müzakirəyə çıxaracaq.  
 
****
 
İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edib.
APA-nın İran müxbiri xəbər verir ki, rəsmi qəbul mərasimi Sədabad sarayında təşkil olunub. 
 
Azərbaycan prezidenti İlham Əliyev İrana geniş tərkibli nümayəndə heyəti ilə səfər edib. Səfər zamanı Azərbaycanla İran arasında əməkdaşlığa dair 10-dan çox sənədin imzalanacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru