Prokuror Qənimət Zahidin qohumlarına ağır cəza istədi

"Azadliq" qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları - əmisi oğlu Rövşən Zahidov və qardaşı oğlu Rüfət Zahidovun məhkəməsi yekunlaşır. 
 
İyunun 1O-da keçirilən məhkəmə islasında prokuror çıxış edib və Zahidovlara qarşı narkotik ittihamının sübuta yetirildiyini iddia edib. Prokuror Rövşən və Rüfət Zahidovların hər birinə 8 il 6 ay həbs cəzası istəyib.
 
Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib.
 
Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
 
Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir.
 
O, baş verənləri, özəlliklə, müəllifi olduğu "Azərbaycan saatı" televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.
 
Buna da bax: L.Zahidova: Dedilər bütün Zahidovları tuturlar, mən də qoruxmdan... /
 

Google+ WhatsApp ok.ru