`Qarabağ` - `İnter` matçının hakimləri açıqlanıb 08 Dekabr 2014 02:00 İdman Futbol üzrə Avropa Liqasının qrup mərhələsində Azərbaycanın "Qarabağ" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək VI tur matçının hakimləri açıqlanıb. Dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya çexiyalı hakimlər briqadası təyinat alıb. Referi Miroslav Zelinkaya, Ondrjey Pelikan və İrji Molaçek yan xətt, Petr Ardeleanu və Jan Jilek əlavə köməkçi, Antonin Kordula isə dördüncü hakim qismində yardımçı olacaq. Uelsli Raymond Ellingem hakim-inspektor, moldovalı Gennadi Skurtul isə UEFA nümayəndəsi kimi Bakıya gələcək. Qeyd edək ki, oyun saat 21:00-da başlanacaq. Teqlər : #`Qarabağ` `İnter` matçının hakimləri açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mançini `Qarabağ`la oyuna ikinci heyəti gətirir `Qarabağ`ın tarixi oyununa azarkeş axını