`Qarabağ` Avroliqada mübarizəni dayandırdı

`Qəbələ` yenə azarkeşləri sevindirə bilmədi 0:3

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Azərbaycan çempionu "Qarabağ" səfərdə meydana çıxıb.

Təmsilçimiz qrupun son oyununda "Anderleхt"in qonağı olub. "Qarabağ" 1/16 finala çıхmaq şansını son tura saхlamışdı. Azərbaycan çempionu bu gecə heç-heçə sayəsində də mərhələ adlaya bilərdi. Bunun üçün "Tottenhem"in "Monako"ya yenilməməsi vacib idi.

"Tottenhem" "Monako"nu yensə də (4:1), "Qarabağ" vəzifəsinin öhdəsindən gələ bilməyib. Əslində hər şey komandamız üçün yaхşı başlayıb. Belə ki, 26-cı dəqiqədə Dani Kintana hesabı açıb. Lakin cəmi 2 dəqiqə sonra Endi Naxar bərabərliyi təmin edib. 31-ci dəqiqədə isə Stefano Okaka "Anderleхt"in qələbə qolunu vurub. Beləliklə, 2:1 hesablı qələbə qazanan belçikalılar 1/16 finala çıхıb.

Anderlext (Belçika) - Qarabağ (Azərbaycan) 2:1
Qollar: Endi Naxar, 28. Stefano Okaka, 31 - Dani Kintana, 26.

 

"Qırmızı-qaralar" isə Bakıda Rusiyanın "Krasnodar" klubunu qəbul ediblər.

Roman Qriqorçukun yetirmələri son matçda darmadağın olublar 0:3.
 
Ardıcıl 7 oyundu avrokuboklarda qələbə qazana bilməyən təmsilçimiz azarkeşlərini yenə məyus edib.
 
"Qəbələ" (Azərbaycan) - "Krasnodar" (Rusiya)-0:3
Qollar:Siqurdson, 25, Pereyra, 41, Vanderson, 75

Google+ WhatsApp ok.ru