Qarabağla bağlı reklam lövhələrinə icazə veriləcəkmi? 28 İyun 2018 01:00 Qarabağ xəbərləri -- Qarabağ Azadlıq Təşkilatı müraciət etdi Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Qarabağ sosial reklamları ilə bağlı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadova müraciət etdi. Maide.Az "faktxeber"ə isitnadən xəbər verir ki, QAT-ın məlumatında deyilir: “İyirmi beş ilə yaxındır ki, ölkəmizin ərazisinin 20 % Ermənistanın işğalı altındadır. Dövlətimiz bu illər ərzində danışıqları davam etdirərək beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri səbrlə yerinə yetirmiş, beynəlxalq hüquq normalarına hörmət nümayiş etdirmişdir. Bu müddət ərzində yetişən gənc nəslin qan yaddaşında XX yüzilliyin sonlarında mənfur qonşularımızın işğalçılıq siyasətinin mahiyyətini həkk etdirmək, ən azından işğalçılığın unudulmaması üçün həm dövlət orqanları, həm də vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm vəzifələr düşür. QAT bir təşkilat olaraq bütün imkanlarından istifadə edərək əhalimizin müxtəlif səviyyəli təbəqələri arasında maarifləndirmə işi aparır. Paytaxtımız Bakı şəhərində Qarabağ faciələrini özündə ehtiva edən reklamların olmaması bir ictimai qurum kimi bizi çox narahat edir. Bu fikrimizdən irəli gələrək 15 iyul 2015-ci ildə qəbul edilmiş “Reklam haqqında Azərbaycan Respublikasının Qanunu”nun 10.4 maddəsinə əsaslanaraq Sizdən Qarabağ hadisələrini göstərən reklamların şəhərdə və digər yol verilən ərazilərdə yerləşdirilməsinə şərait yaradılmasını xahiş edirik." Teqlər : #Qarabağla bağlı reklam lövhələrinə icazə veriləcəkmi?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru XİN rəhbəri: `Əgər Ermənistan sülh istəyirsə, ilk növbədə öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır` Ermənilərin Ağdamda törətdiyi yanğın təmas xəttini keçib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni