`Qarabağ`ın Çempionlar Liqasında rəqibi müəyyənləşdi

`Qarabağ`ın Çempionlar Liqasında rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında I və II təsnifat mərhələsinin püşkü atılıb.
 
İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib.
 
Ardıcıl üçüncü dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ”  II təsnifat mərhələsində Lüksemburq çempionu “Düdelanj”la qarşılaşacaq. Ağdam təmsilçisi ilk görüşünü evdə, cavab matçını isə səfərdə keçirəcək.
 
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları  iyulun 12-13-də və 19-20-də keçiriləcək. (qol.az)

Google+ WhatsApp ok.ru