Qarabağ veteranının yaşayış ərazisi qanunsuz olaraq zəbt edilib

Sabuçu qəsəbəsində yaşayan Qarabağ veteranı  Quliyev Xaqani Hüseyn oğlunun yaşayış ərazisi zorla zəbt edilib. Onun sözlərinə görə, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri onun eyni adlı qəsəbədəki Stansiyayanı küçəsi, ev 36-da yerləşən ərazisini zəbt etməklə yanaşı həmin ünvandakı evini də sökəcəyi ilə hədələyirlər:
 
“1992-ci illərdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak etmişəm. Döyüşlər zamanı zədə aldığımdan danışığımda qüsurlar yaranıb. Hazırda müharibə veteranıyam. Səhhətimdə ciddi problemlər olsa da ailəmi birtəhər dolandırmağa çalışıram.
 
Sabunçu qəsəbəsindəki evimi qanuni yolla almışam və artıq 15 ildən çoxdur ki, ailəmlə birgə həmin ünvanda yaşayıram. Lakin bir neçə ildir ki, rayonun icra başçısı Adil Vəliyev rayonda yaşayışımızı cəhənnəmə döndərib. 
 
Əvvəlcə ərazidən keçən qaz borularını qanunsuz olaraq mənim həyətimə saldırdı. Halbu ki, həmin mülkiyyət tam olaraq mənə aiddir və mənim icazəm olmadan həyətimdən heç bir neft və ya qa borusu keçirilə bilməz. Bu azmış kimi həyətimdə olan ağacları da məhv etdilər. Bununla bağlı kimə şikayət etsək də səsimiz eşidən yoxdur.
 
Bu günlərdə isə ərazidə park adı ilə mərmər sexi tikildiyindən həyətim tamamilə zəbt edilib, hasarlanıb, darvazam çıxarılaraq harasa aparılıb.  Şikayət edən də isə icra nümyəndələri yaşadığım evi də əlimdən alacağı ilə hədələyirlər. Onlar heç bir əsas olmadan evimin qanunsuz tikildiyini, buna görə də tezliklə bizi ailəlikcə evdən çıxaracaqlaırnı bildirirlər. Hazırda isə mən və ailəm öz evimizə girmək üçün qonşunun həyətindən istifadə edirik. Çünki, həyətimiz qanunsuz olaraq hasarlandığından ayaq qoymağa belə yer yoxdur”.
X.Quliyevin sözlərinə görə qəsəbədə qanunsuz olaraq tikilən mərmər sexi qəsəbə sakinlərini hər an ölümlə üz-üzə qoyur:
 
“Rayon icra başçısı Adil Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz olaraq qəsəbənin 2 hektar sahəsində ölüm  mənbəyi saçan mərmər sexi tikdirir. Halbu ki, həmin ərazi hasarlananda bizə bildirmişdilər ki, orda park tikiləcək. Lakin sonradan bizə məlum oldu ki, orda mərmər sexi tikilir. Dünyanın heç bir yerində mərmər sexi qəsəbə daxilində tikilmir. Çünki mərmər hazırlanarakən müəyyən şüalar buraxır ki, bu da insan sağlamlığı üçün ciddi təhlükədir. Təssəvür edin, bu qəsəbədə nə qədər sakin, yaşlı, qoca, uşaqlar var. Onların həyatları təhlükə ilə üz-üzədir. 
 
Mən yeriməkdə və danışmaqda çətinlik çəkirəm, əliləm. Buna görə də idarələrə gedib şikayətimi edə bilmirəm, üstəlik məni və qəsəbə sakinlərini dinləyəcək heç kim yoxdur. Rayon sakinləri dəfələrlə aidiyyatı orqanlara şikayət etsələrdə səslərinə səs verən yoxdur.
 
“Yeni Müsavat”ın vasitəsilə aidiyyatı orqanlara müraciət edirəm. Həyətimin, evimin qanunsuz olaraq əlimdən alınmasına imkan verməyin. Rayion icra başsı Adil Vəliyevin qəsəbədə törətdiyi özbaşınalıqlar barəsində ciddi tədbilər görülsün”.

Google+ WhatsApp ok.ru