Qatarda gediş haqqı nə qədər olacaq? - Açıqlama

Qatarda gediş haqqı nə qədər olacaq? - Açıqlama

Ölkədaxili sərnişin və sürət qatarlarında gedişhaqlarının artırılması Azərbaycan Dəmir Yollarının daxili qərarıdır.
 
Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yoları QSC-dən bildiriblər. Məlumata görə, hələlik gedişhaqqları köhnə qiymətlərlə həyata keçiriləcək:
“Dəyişiklik iyul ayının 15-dən sonra həyata keçiriləcək. Hansı istiqamət üzrə gediş haqqı nə qədər olacaq, bu barədə də yaxın günlərdə məlumat veriləcək. Hələklik qiymətlərə baxılır. Artım isə ancaq kupe və plaskartlarda aşağı oturacaqlara aiddir. Yuxarı yataqlara artım tətbiq eilməyəcək”.
 
Qeyd edək ki, Bakıdan rayonlara gedib-gələn sərnişin və sürət qatarlarında kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə aid olan biletlər 20% baha olacaq. Məqsəd sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək və gediş haqlarının tənzimlənməsidir. /

Google+ WhatsApp ok.ru