Qiymətlər nə qədər artıb? 14 Oktyabr 2020 14:23 Ölkə Dövlət Statistika Komitəsi yeni hesabatlar yayıb. Maide.Az bildirir ki, rəsmi açıqlamaya görə, 2020-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri 2019-cu ilin eyni dövrünə nisbətən 2,9 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 5,2 faiz, qeyri-ərzaq məhsulları 1,3 faiz, ödənişli xidmətlər 1,1 faiz bahalaşıb. Doqquz ayda pərakəndə ticarət dövriyyəsinin real ifadədə 1,6 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,3 faiz azaldığı, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,1 faiz yüksəldiyi vurğulanır. Teqlər : #Qiymətlər,#nə,#qədər,#artıb?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar bir il ərzində 3,8 faiz azalıb Bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində həftəsonu ictimai nəqliyyat işləməyəcək