Qızıl yenə bahalaşdı

Bazarda avronun dəyərini itirməsi qızılı bahalaşdırıb. Qızılın unsiyası bir saatda 20 dollardan çox artaraq 1,300 dolları keçib.
 
Bir gün əvvəl qiymət enməsinin ardına qızıl bir saatda bahalaşıb. Avropa Mərkəzi Bankının sədri Mario Draghi bankın 2016-cı ilin sentyabrına qədər hər ay 60 milyard avro çap edilərək qiymətli kağız alınacaq.
 
Avropa Mərkəzi Bankının iki səlahiyyətlisi isə daha əvvəl bildirmişdi ki, 2016-cı ilin sonuna qədər aylıq 50 milyard avro (58 milyard dollar) məbləğində bazara pul kütləsi çıxarılması barədə təklif hazırlanır. Ekspertlər bildirirlər ki, qızıl bu il 9 faiz dəyər qazanıb. 

Google+ WhatsApp ok.ru