R.Mirqədirov barəsində hökmün elan edilməsi qeyri-müəyyən müddətə təxirə salınıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi qapalı iclasda dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun yekun çıxışını dinləyib.
 
Jurnalist ittihamı təkzib edib və məhkəmədən ona bəraət verməyi xahiş edib. Bu barədə vəkil Fuad Ağayev bildirib.
 
Bir müddət əvvəl prokuror məhkəmədən Mirqədirovun dövlətə xəyanətə görə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Xatırladaq ki, jurnalist aprelin 19-da həbs edilib və Ermənistanın xeyrinə casusluqda ittiham olunub. Hüquq müdafiəçiləri Mirqədirovu siyasi məhbus hesab edirlər. /

Google+ WhatsApp ok.ru