Ramadidə 28 əsgər qurtarıldı, İŞİD mühasirəyə alınıb

İraq polisi Ramadini geri qaytarmaq üçün hərəkətə keçib.
Maide.az xəbər verir ki, bu barədə İraq dövlət kanalı İraqın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, İŞİD terrorçularının mühasirəsində olan Ramadi şəhərində aparılan hava əməliyyatı nəticəsində 28 əsgər ərazidən çıxarılıb.
İraq hökuməti şəhərin geri alınması üçün Əhli-Beyt (ə) ardıcılları könüllülərini əraziyə göndərib. İraq mənbələri məlumat verirlər ki, Ramadidə İŞİD mühasirə olunub.
 “Əl Təhyir” kanalı məlumat verib ki, artıq 3 min könüllü Ramadiyə çatıb. Hazırda Ramadi şəhərini İŞİD-dən geri almaq üçün bölgəyə dəstək qüvvələri göndərilməyə davam edilir.
Məlumat üçün bildirək ki, İraqın ikinci ən böyük vilayəti olan Ənbarın mərkəzi şəhəri Ramadi dünən İŞİD terrorçuları tərəfindən ələ keçirilib.
Qeyd edək ki, İraq ordusu və İŞİD terror qruplaşması arasında Ramadi uğrunda döyüşdə 373 İŞİD terrorçusu öldürülüb./
 

 

Google+ WhatsApp ok.ru