`Ramazan ayının əzəməti oruca görə deyil, Qurana görədir`

Ramazan ayının əzəməti oruca görə deyil, Qurana görədir və cəmiyyətdə Qurana verilən yer qənaətbəxş deyil. Bunu tanınmış islamşünas alim Möhsin Qiraəti “Quran və Ruhaniyyət” seminarında çıxış edərək bildirib.
Maide.az Shabestan-a istinadən xəbər verir ki, Çıxış zamanı Qiraəti qeyd edib ki; "Mən Ali Lider Ayətullah Xamenei ilə görüşümdə cəmiyyətdə unudulmuş 22 vacib əməlin siyahisinin ona təqdim etdim."
 Namaz, o cümldən camaat namazı, zəkat və Quranın onlardan olduğunu qeyd edən alim, namazı cəmiyyətdə rəhbərə bənzədərək  bildirib ki; namazın ağırlığı və yeri cəmiyyətdə rəhbərin çəkisi kimiddir.
Möhsin Qiraəti bildirib ki, bizim 130 növ Quran təfsirinə ehtiacımız var. "Hal- hazırda onlardan məhrumuq. Məhkmə sistemi, polis, tibb, şagirdlər, pedaqogika və digər sahələrin hər biri üçün ayrı- ayrılıqda təfsir yazılmalıdır. Quran təfsiri və izahları hər təbəqənin öz səviyyəsində olmalıdır."
 dinin təbliğində şəsxi üsulların, təkbətək, üzbəüz təbliğ metodlarından istifadə etməyin daha da səmərəli olmasını qeyd edib: "Ruhanilər öz qohum- əqrabaları ilə sıx münasibətdə olmalıdırlar. Ruhanilik idarə işinə çevrilib. Ruhani mehriban münasibət qurmağı bacarmalıdır. Minbərdə deyilənlər xalqın ehtiyacları və tələbatına cavab verməlidir. Az, müxtəsər və faydalı danışılsın. Başqa bir tərəfdən də, əməli və praktiki olsun ki, insanların vaxtı tələf olmasın."/

Google+ WhatsApp ok.ru