İranın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi müdafiə nazirinə təqdim olunub 05 Avqust 2016 01:00 Ölkə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Müdafiə Naziri General-polkovnik Zakir Həsənovla görüşüb. Bu barədə İranın Azərbaycandakı səfirliyindən Maide.Az-a bildirilib. Görüş zamanı ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub, həmçinin bölgədəki siyasi və hərbi dəyişikliklər haqqında fikir mübadiləsi aparılıb. İranın Azərbaycandakı səfiri Möhsin Pakayin ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesini nazir Z.Həsənova təqdim edib. General-polkovnik Z.Həsənov Azərbaycan və İran arasında əlaqələrin genişlənməsinin zəruriliyindən danışıb və ölkəmizə yeni təyin olunmuş hərbi ateşe Əli Seyfiyə yeni işində uğurlar arzulayıb. Teqlər : #İranın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi müdafiə nazirinə təqdim olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Su ehtiyatlarının qeyri-bərabər paylanması regionlarda su qıtlığı yaradır İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək