İranın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq 01 Dekabr 2020 15:40 Ölkə İranın nüvə və raket sistemləri üzrə alimi, Müdafiə nazirinin müavini Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində həyatını itirməsi ilə bağlı dekabrın 2-dən səfirliyin Bünyad Sərdarov küçəsi, 4 ünvanında yerləşən binasında başsağlığı kitabı açılacaq. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bağsağlığı kitabı dekabrın 2-də (14:00 - 16:00), 3-də (10:00 - 12:00; 14:00-16:00) və 4-də (10:00 - 12:00; 14:00 - 16:00) açıq olacaq. Xatırladaq ki, Möhsün Fəxrizadə noyabrın 27-də sui-qəsd nəticəsində şəhid olub. Teqlər : #İranın,#Azərbaycandakı,#səfirliyində,#başsağlığı,#kitabı,#açılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru DYP: Avtobus zolaqlarında digər avtomobillərin hərəkəti inzibati xətadır Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb