İranın Bakıdakı səfirliyi Tehranda `erməni soyqırımı` ilə bağlı xəbərə təkzib verdi

Tehranda qondarma erməni soyqırımının 101-ci ildönümü ilə bağlı aksiyanın keçirilməsi təkzib olundu

Bu haqda Maide.Az-a İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumata görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat şöbəsinin müdiri Məhəmmədrza Nəcəfi güya Tehranda ermənilərin aksiya keçirmələri və Azərbaycan Respublikası əleyhinə şüarlar səsləndirmələri barədə bəzi KİV tərəfindən yayılan xəbərləri əsassız saydı. O, dedi: “Bəzi KİV tərəfindən dövriyyəyə buraxılan bu kimi xəbərlər günü-gündən artan Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır.”   Nəcəfi mediaya müraciət edərək onları dəqiq xəbərlər yaymağa və İran – Azərbaycan münasibətlərinin inkişafında müsbət rola malik olmağa çağırdı. /

Google+ WhatsApp ok.ru