İran İraqdakı müqəddəs məkanlarda tibb mərkəzləri tikəcək

İranın Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi Seyid Əli Mərəşi deyib ki, İran İraqın müqəddəs dini məkanlarında müalicə mərkəzləri inşa edəcək.
Maide.az-ın məlumatına görə, Ə.Mərəşi bu gün jurnalistlərə deyib ki, Kərbəlada , Nəcəfdə və Kazemeyndə 6 klinika və bir xəstəxana tikiləcək. 
Onun sözlərinə görə, bu müalicə mərkəzləri İran xalqı və xeyriyəçi insanların köməyi ilə inşa edilir.
Mərəşi deyib ki, Kərbəlada bir xəstəxana və 3 klinika , Nəcəf şəhərində iki və Kazemeyndə isə bir klinika tikiləcək.
Mərəşi deyib ki, İraq , Əhli-Beyt (ə)-ın pak ziyarətgahlarına malik olduğu üçün iranlıların yanında xüsusi ehtirama malikdir. "Bu səbəbdən İranın Qırmızı Aypara Cəmiyyəti İraqın Səhiyyə Nazirliyinin köməyi ilə bu ölkədə müalicə və tibbi mərkəzlərinin sayını artırmağı qərara alıb."/
 

 

Google+ WhatsApp ok.ru