İran və Azərbaycan elektrik enerjisi mübadiləsini artırıb 10 Avqust 2016 01:00 İqtisadiyyat İran və Azərbaycan arasında elektrik enerjisi mübadiləsi 2,5 dəfə artıb. Bu barədə Trend-ə eksklüziv olaraq İranın energetika naziri Həmid Çitçiyan deyib. Onun sözlərinə görə, İran və Azərbaycan arasında yeni 330 klovoltluq 52 km. olan elektrik ötücü xətləri istismara verilib: "Bununla da İran və Azərbaycan elektrik enerjisi mübadiləsini 200 meqavatdan 500 meqavata çatdırıb". İranlı nazir həmçinin "Azərenerji" rəhbərliyi ilə elektrik enerjisi sahəsində əməkdaşlığın artırılması istiqamətində birgə işlər nəzərdə tutulduğunu qeyd edib. / Teqlər : #İran və Azərbaycan elektrik enerjisi mübadiləsini artırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dollar və avro yenə bahalaşdı – RƏSMİ MƏZƏNNƏLƏR Gələn ildən elektron ticarətdən vergi tutulacaq