İran XİN: Prezient Ruhaninin Azərbaycana və Orta Asiya ölkələrinə səfərinə hazırlıq görülür

İran XİN: Prezient Ruhaninin Azərbaycana və Orta Asiya ölkələrinə səfərinə hazırlıq görülür

-- prezidentin səfəri yaxın 3 ay ərzində baş tutacaq

İran prezidenti Həsən Ruhani 2018-сi ilin baharında Azərbaycana səfər edəcək. 
 
Maide.Az bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında APA-nın sualına cavabında deyib.
 
O bildirib ki, prezident H. Ruhaninin Azərbaycana və Orta  Asiya ölkələrinə səfəri planlaşdırılır: “Hazırda bu səfərlər üçün hazırlıq işləri  görülür.
 
Ekspertlərin qarşılıqlı səfərləri təşkil olunur. İkitərəfli əlaqələrin inkişafı üçün sənədlər hazırlanır.
 
Lazımı hazırlıqlar tamamlanarsa, prezidentin səfəri yaxın 3 ay ərzində - bahar fəslinin əvvəlində baş tutacaq”.
 

Google+ WhatsApp ok.ru