İraqdan 2000 ABŞ əsgərinin çıxarılması ehtimalı var

İraqdan 2000 ABŞ əsgərinin çıxarılması ehtimalı var

ABŞ rəsmisi Vaşinqtonun oktyabr ayına qədər İraqdan 2000 əsgər çıxaracağını söyləyib.

 
"Arabian News" saytı ABŞ Dövlət Departamentindəki bir mənbəyə istinadən Vaşinqtonun ehtimal ki, İraqdan 2 min əsgər çıxaracağını deyib.
 
Adının çəkilməsini istəməyən mənbə əlavə edib ki, İraqdakı ABŞ qoşunlarının ixtisarı, ehtimal ki, oktyabr ayından əvvəl başlayacaq.
 
Bu arada İraqın Baş Naziri Mustafa Kazimi hazırda Vaşinqtondadır və bu gün ABŞ Prezidenti Donald Tramp ilə görüşü planlaşdırılır.
 
İraqdakı "Sairun" koalisiyasının nümayəndəsi bundan əvvəl Kaziminin ABŞ Prezidenti Donald Tramp ilə görüşünün prioritetinin ABŞ əsgərlərinin ölkədən çıxarılması olduğunu bildirmişdi. /eastnews.org/

Google+ WhatsApp ok.ru