İranda 0,5 milyon xarici qaçqın pulsuz təhsil alır

İranda 0,5 milyon xarici qaçqın pulsuz təhsil alır

Xarici məktəblilərin İran məktəbliləri ilə pulsuz təhsil almaları üçün eyni fürsət olduğunu söyləyən İranın Təhsil naziri Möhsün Hacı Mirzai, hazırda İran məktəblərində 0,5 milyon xarici qaçqının təhsil aldığını bildirib.
 
Maide.Az "deyerler.org"a-a istinadən verdiyi xəbərə görə, o, bildirib ki, 2013-cü ildə Ali Rəhbər Ayətullahulüzma Seyid Əli Xameneinin göstərişindən sonra bütün əcnəbilərə, hətta qanunsuz qaçqınlara İran məktəblərində pulsuz təhsil almaq imkanı verilib. "Hal-hazırda İranda xarici tələbələrin sayı 560 min nəfərdir. Onların əksəriyyəti Əfqanıstan vətəndaşıdır", - deyə nazir deyib.
 
Xatırladaq ki, Ali Rəhbərin əmri ilə heç bir qaçqın məktəbli təhsil almaq imkanından məhrum edilməməlidir. Eyni zamanda, 2017-18 dərs ilinin əvvəlindən çoxlu sayda qeyri-qanuni qaçqın uşaqları digər iranlı tələbələrlə birlikdə təhsil almaq imkanı əldə edib. Əfqan qaçqınlarının ilk dalğası 1979-cu ildə İrana gəldi və 1993-cü ilə qədər davam etdi. Əfqanıstandan İrana gələn ikinci qaçqın dalğası 1994-2001-ci illərdə bu ölkədə Taliban hakimiyyəti ilə eyni vaxtda gəldi. Bundan əlavə, 1980-ci illərdə müxtəlif qarşıdurmalar nəticəsində çox sayda iraqlı qaçqın İrana gəlib.  

Google+ WhatsApp ok.ru