Rayonlardan Bakıya gələn avtomobillərə qadağa qoyuldu 05 May 2017 01:00 Ölkə Bu gündən mayın 25-nə kimi bölgə dövlət nömrə nişanlı avtomobillərin Bakıya girişi məhdudlaşdırılır. Bu barədə Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. O bildirib ki, rayonlardan gələn bölgə dövlət nömrə nişanlı avtomobil sürücülərinin şimal və cənub tərəfdə yaradılmış şəraitdən istifadə etmələri üçün şərait yaradılacaq: “Sürücülər avtomobillərini Bakının şimal və cənub girişlərində yaradılacaq xüsusi dayanacaqlarda saxlayaraq başqa nəqliyyat vasitəsindən istifadə edə biləcəklər”. Vaqif Əsədov islam oyunları ərəfəsində şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini tövsiyə edib. (bakipost) / Teqlər : #Rayonlardan Bakıya gələn avtomobillərə qadağa qoyuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyəli investorlar “Qırmızı Körpü”dəki vəziyyətdən şikayət edir Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirir - FOTO