`Real` Ronaldo və Benzemanı satır

Klub həmçinin heyətini yeni oyunçularla gücləndirməyi düşünür.
 
Madridin "Real" klubunun prezidenti Florentino Peres klubda mühüm dəyişikliklər etmək niyyətindədir.
 
Bu məqsədlə prezident klubun liderlərini satmaq fikrindədir.
 
Bu barədə İspaniya mətbuatı xəbər yayıb. Yazılanlara görə, "kral klubu"nun prezidenti komandanın aparıcı fiquru Kriştiano Ronaldonu 140 milyon avroya fransız PSJ-ə satmağa hazırdır. Madrid klubu həmçinin digər tanınmış futbolçusu fransız Kərim Benzemanı da satmaq niyyətindədir.
 
"Real" həmçinin heyətini yeni oyunçularla gücləndirməyi düşünür. Bu məqsədlə klub "Mançester Yunayted"in ispan qapıçısı David de Xeanı əldə etməyə çalışacaq. Həmçinin "Bavariya"nın polşalı hücumçusu Robert Levandovski və "Çelsi"nin belçikalı yarımmüdafiəçisi Eden Azarın kluba gətirilməsi nəzərdə tutulur.
 
Bu ilin oktyabr ayının sonunda Ronaldo "Forbes" jurnalının versiyasına görə dünyanın 10 ən bahalı futbol brendləri siyahısına daxil edilib. Ronaldo bu mövsüm "Real" heyətində meydana çıxdığı 11 oyunda 8 dəfə fərqlənib.Portuqaliya yığmasının hücumçusu ötən ay növbəti dəfə 2014 - 2015-ci illər futbol mövsümünün ən yaxşı bombardiri kimi Avropanın "Qızıl buts" mükafatını alıb. Ötən mövsümdə portuqaliyalı hücumçu 35 oyunda rəqib qapılarından 48 top keçirib. 30 yaşlı Ronaldu artıq 4-cü dəfədir "Qızıl buts"u mükafatını alır. Ondan əvvəl bu fəxri mükafatı 3 dəfə Lionel Messi, iki dəfə Herd Müller və Eysebio alıb.(ans)

Google+ WhatsApp ok.ru