Regiondakı faciələri yaratmaqda Amerikanın əsas məqsədi Fələstini unutdurmaqdır 06 İyul 2016 01:00 Çıxışlar Ali Rəhbər Ayətullah Xamenei bu gün günün birinci yarısında hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşüb. Maide.Az xəbər verir ki, görüşün əvvəlində Ali Rəhbər Ayətullah Xamenei iştirakçıları, hökumət rəsmilərini, qonaqları – müsəlman ölkələrinin möhtərəm səfirlərini mübarək Fitr bayramı münasibətilə təbrik edib. Çıxışının davamında Ayətullah Xamenei İslam dünyası və bölgədə baş verən müharibələr və terrorların başında hegemon güclərin xüsusi ilə Amerikanın dayandığını bildirib. “ Onların məqsədi sionist rejim üçün nəfəs almağa şərait yaratmaq və Fələstin məsələsinin unutdurulmasıdır. Onlar istəyir bir coğrafiyanı və bir xalqı inkar etsinlər.Anlamırlar ki, Fələstinin minlələrlə il tarixi var və Fələstin xalqının da öz torpaqları var. Bu həqiqəti inkar etmək olmaz. Bu çirkli planlarla yeganə mübarizə yolu həqiqi düşməni tanımaq və müqavimət göstərməkdir. İran xalqı göstərib ki, inkişafın yeganə yolu müqavimətdədir.” Ayətullah Xamenei bildirib ki, Fələstin məsələsi İslam dünyasını əsas məsələsidir və İslam ölkələrinin heç biri və hətta vicdanı olan qeyri-islami ölkələr belə onu unutmamalıdırlar. Ayətullah Xamenei bildirib ki, önəmli məsələlərdən biri İslam ümmətinin bu günki problemlərinin əsas pis qaynaqlarını və terrorizmi yayan gizli əlləri tanımaqdır. “ Bütün ölkələr və güclər sözdə terrorizmlə mübarizə aparır və terrorizmlə yalançı mübarizə üçün koalisiyalar qurur. Bu güclər zahiri iddialarının əksi olaraq əməldə terrorizmi dəstəkləyirlər və yayırlar.” Ayətullah Xamenei Suriyada baş verən hadisələrin ilk günlərində ABŞ səfirinin etirazçıların arasında olmasını və siyasi münaqişəni daxili müharibəyə çevirmək üçün zəmin yaratdığını xatırladarq bildirib: “Siyasi bir münaqişəni qardaş qırğınına çevirdilər. Maliyyə və silah yardımı ilə, haram neft pulları ilə müxtəlif bölgələrdən şəxsləri Suriya və İraqa gətirdilər və bu gün bölgədə sabitsizlik yaratdılar.” Ayətullah Xamenei deyib ki, İslam Ümməti düşməni tanımalıvə onların planlarını bilməlidir. “Siyasi münaqişənin daxili müharibəyə çevirilməsi prosesini bu gün Bəhreyndədə müşahidə edirik. İran İslam Respublikası Bəhreyn məsələlərindəheç bir müdaxilə etməyib və etməyəcək. Lakin əgər bu ölkədə siyasi ağır və düşüncə olarsa siyasi münaqişəni daxili müharibəyə çevrilməyə qoymazlar. Xalqı qarşı-qarşıya qoymamalıdırlar.” Ayətullah Xamenei Yəməndəki duruma və bu ölkədə insanların evlərinin, xəstəxanaların , məscidlərin və infrastrukturun bombalandığını bildirib və deyib ki, təcavüzkar öz təcavüzündən əl çəkməlidir və İslam dünyası da boş bəhanələrlə Yəmən xalqına hücum edən təcavüzkarı cəzalandırmalıdır. Teqlər : #Regiondakı faciələri yaratmaqda Amerikanın əsas məqsədi Fələstini unutdurmaqdır , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Yalnız güclü imanla çətinlik və təzyiqlərə qarşı mübarizə aparmaq olar` Tağuta arxa çevirmək və Allaha iman, güc və iqtidarın qaynağıdır - Ayətullah Xamenei
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO