Rezidenturaya qəbul olmuş şəxslərin nəzərinə!

Rezidenturaya qəbul olmuş şəxslərin nəzərinə!

2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslərin klinik bazalarda rezidentura səviyyəsində hazırlığına 10 oktyabr 2018-ci il tarixindən başlanılır.
 
Maide.Az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul olmuş və qeydiyyatdan keçmiş şəxslər aşağıdakı sənədləri təqdim etməklə qəbul olduqları klinik bazalara müraciət etməlidirlər:
 
• Şəxsiyyət vəsiqəsinin əsli və surəti
 
• Ali baza tibb təhsili haqqında diplomun əsli və surəti
 
• Tərcümeyi-hal
 
• Sağlamlıq haqqında arayış
 
• Hərbi bilet (mövcud olduğu halda)
 
• Əmək kitabçası (mövcud olduğu halda)
 
• Dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda)
 
• Soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd
 
• Fotoşəkil 3 x 4 ölçüdə, 1 ədəd
 

Google+ WhatsApp ok.ru