Rio-2016: Olimpiadada ən çox medal qazanan ölkələr - SİYAHI

Rio-2016: Olimpiadada ən çox medal qazanan ölkələr - SİYAHI

Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında ən çox qızıl medal qazanmış ölkələrin siyahısı tərtib edilib.
 
Maide.Az xəbər verir ki,  Olimpiya oyunlarında medal cədvəlində ilk yeri ABŞ idmançıları tutub: 46 qızıl, 37 gümüş, 38 bürünc medal.
 
Böyük Britaniya  27 qızıl, 23 gümüş və 17 bürünc medalla 2-ci pilləyə yüksələ bilib.
 
3-cü yerdə isə Çin yığması qərarlaşıb - 26 qızıl, 18 gümüş, 26 bürünc medal. 4-cü və 5-ci yerləri isə Rusiya (19 qızıl, 18 gümüş, 19 bürünc)  və Almaniya (17 qızıl, 10 gümüş, 15 bürünc) tutub. 
 
 
Rusiya 4-cü yerə sevinib
 
Rusiya 2012-ci il Olimpiadasında da 4-cü yeri tutmasına baxmayaraq, bu dəfəki 4-cü yeri bayram kimi qeyd edir.
 
Rusiya mediası bildirir ki, Rusiya komandası dopinq qalmaqalına görə “Qərbin qərəz və təzyiqi” ilə üzləşsə də, psixoloji baxımdan özünü toparlaya bilib. Beləki, əksər Rusiya idmançılarının bu oyunlarda iştirak edib-etməyəcəyi son ana qədər bilinmirdi.
 
Buna baxmayaraq Rusiya 17-si qızıl, 17-si gümüş olmaqla 53 medalla 4-cü yeri əldən verməyib.
 
Cədvəldə Rusiyadan sonra – 5-ci pillədə Almaniya gəlir. Almaniya 17 qızıl, 10 gümüş olmaqla 41 medal qazanıb.
 
Keçmiş sovetlər
 
Keçmiş sovet respublikaları arasında ən yaxşı göstəricini Qazaxıstan əldə edib. Qazaxıstanın Rio olimpiadasında qazandığı 17 medaldan 3-ü qızıl, 5 isə gümüşdür. Qazaxısdtan medal cədvəlində 20-cipilləni tutub.
 
Qazaxıstan London Olimpiadasında 7 qızılla 12-ci yeri tutumuşdu.
 
İkinci daha yaxşı göstərici Ukrayna olimpiyaçılarına aiddir. Ukrayna 2-sı qızıl, beşi gümüş olmaqla 11 qızıl medal alıb və medal cədvəlində 27-ci pilləni tutub. Ukrayna Londonda 6 qızıl medalla 14-cü idi.
 
31-ci pilləni tutan Özbəkistanın 9 medalından 2-si qızıl, 2-si gümüşdür.
 
36-cı pillədə 7 medalla Gürcüstan qərar tutub. Gürcülər 2 qızıl, 1 gümüş medal əldə ediblər.
 
Azərbaycan 30-dan 38-ə
 
38-ci yerdə olan Azərbaycanın 15 medalından yalnız 1-i qızıl, 4-ü gümüşdür. Lakin ümumilikdə 15 medal qazanmış Azərbaycan medalların sayına görə “keçmiş sovetlər” arasında yalnız Qazaxıstandan geri qalır.
 
2012-ci ildə keçirilmiş London Olimpiadasında Azərbaycan 2 qızılla 30-cu pilləni tutmuşdu.
 
Belarus 39-cu yeri tutub və onun “qızıl və gümüş göstəriciləri” Azərbaycanda olduğu kimidir. Belaruslar ümumilikdə 9 medal qazanıblar.
 
41-ci pillədə qərarlaşan Ermənistanın 4 medalından 1-i qızıl, 3-ü gümüş olub.
 
Tacikistan 1 qızıl medalla 58, Litva 1 gümüş, 3 bürünclə 63, Estoniya 1 bürünclə 79, Moldova 1 bürünclə 81-ci pilləni tutublar.
 
Yeri gəlmişkən, Estoniya və Moldova Avstriya ilə başlanıb Birləşmiş Ərəb Əmirlikləri ilə bitən son onluqdadır.(azadliq.org)

Google+ WhatsApp ok.ru