Ronaldo ən çox kimə qol vurub? - `Bavariya`, `Qalatasaray` və...

Ronaldo ən çox kimə qol vurub? - `Bavariya`, `Qalatasaray` və...

“Real”ın hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında vurduğu qolların sayını 105-ə çatdırıb.
 
Qol.az xəbər ki, Rusiyanın sports.ru saytı portuqaliyalı futbolçunun bu göstəriciləri ilə əlaqədar maraqlı statistik yazı hazırlayıb.
 
Ronaldo 15 qolu “Mançester Yunayted”in, 90-nı isə “Real”ın heyətində vurub.
 
Onun rəqib qapılarından keçirdiyi qolların statistikası belədir:
 
Qolları bədəninin hansı hissəsi ilə vurub?
72 qol - sağ ayaqla
18 qol - sol ayaqla
15 qol - başla
 
Haradan vurub?
62 qol - cərimə meydançasından
27 qol - qapıçı meydançasından
16 qol - uzaq məsafədən
 
Hansı vəziyyətdə vurub?
82 qol - oyun vəziyyətindən
12 qol - cərimə zərbəsindən
11 qol - penaltidən
 
Hansı vaxtda və harada vurub?
47 qol - 1-ci hissədə
55 qol - 2-ci hissədə
3 qol - əlavə vaxtda
56 qol - evdə
49 qol - səfərdə
 
Hansı mərhələlərdə vurub?
51 qol - qrup mərhələsində
20 qol - 1/4 finalda
17 qol - 1/8 finalda
13 qol - 1/2 finalda
4 qol - finalda
 
Hansı klublara vurub?
9 qol - “Bavariya”
7 qol - “Yuventus”, “Ayaks”, “Şalke”
6 qol - “Qalatasaray”, “Malmö”
5 qol - “Roma”, “Şaxtyor”
4 qol - “Atletiko”, “Borussiya” (Dortmund), “Lion”, “Marsel”
3 qol - "Volfsburq", "Dinamo" Kiyev, "Kopenhagen", "Sportinq", SSKA
2 qol - APOEL, "Arsenal", "Bazel", "Ludoqorets", "Mançester Yunayted", "Milan", "Tottenhem", "Sürix"
1 qol - "İnter", "Liverpul", "Mançester Siti", "Oser", "Portu", "Çelsi"
 
Ən çox hansı qapıçılara vurub?
9 qol - Noyer, Viland
7 qol - Buffon
6 qol - Muslera
5 qol - Pyatov, Vermeyer
 
Hansı mövsümdə nə qədər vurub?
17 qol - 2013/14
16 qol - 2015/16
12 qol - 2016/17, 2012/13
10 qol - 2011/12, 2014/15
8 qol - 2007/08
7 qol - 2009/10
6 qol - 2010/11
4 qol - 2008/09
3 qol - 2006/07

Google+ WhatsApp ok.ru