Ruhanilərin üç əsas vəzifəsi hansılardır? - Ayətullah Xameneinin çıxışından - FOTO 14 May 2016 01:00 Çıxışlar Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei şənbə günü Tehran Dini Elmlər Hövzələrinin müdirləri,müəllimləri və tələbəərini qəbul edib. Maide.Az xəbər verir ki, Ayətullah Xamenei görüşdə çıxış edib və ruhanilərin üç əsas vəzifəsini açıqlayıb. "Fikri və Dini İstiqamətləndirmə", "Siyasi istiqamətləndirmə və məlumatın artırılması" və "İctimai xidmətlər sahəsində bələdçilik və iştirakı" ruhaniyyətin üç əsas vəzifəsidir." Ayətullah Xamenei bildirib ki, sosial vasitələrdən siyasi məqsədlərlə və şübhələr yaymaq məqsədi ilə suistifadələr olunur ki, ən böyük cihad bu kimi şübhələr və suistifadələrlə mübarizədir. “Şübhələr geniş formada yayımlanır. Bunun üçün həm sosial vasitələrdən istifadə olunur və həmdə siyasi məqsədlərlə həyata keçirilir. Bu kimi şübhələrlə mübarizə etmək lazımdır. Cihad etməküçün yalnız qılınc götürüb vuruşmaq lazım deyil, ən böyük cihad elə bu şübhələrlə mübarizədir. Bu cihad üçün özünüzü hazırlayın. Ayətullah Xamenei bildirib ki, tələbələr lazımi səlahiyyətlər və məlumatları əldə etməklə bugünkü cəmiyyətdə təyinedici məsuliyyətlərin icrası üçün özlərini hazır etməlidirlər. Ali Rəhbər dəyərlərin və tələbəlik məsuliyyətinin qədrini bilməyi tələbələrə tövsiyə edərək bildirib ki, əgər bir cəmiyyətin ehtiyac duyduğu bütün ixtisaslar ən yaxşı şəkildə olarsa, lakin həmin cəmiyyətin dini olmazsa, o xalq və cəmiyyət dünya və axirətdə xüsran və həqiqi problemlə üzləşəcək. "Bu böyük məsuliyyət, yəni cəmiyyətin dini cəmiyyətə çevrilməsi alimlər, ruhaniyyət və tələbələrin üzərinə düşür". Ayətullah Xamenei "İrticaçı, təəssübkeş, mənəvi həqiqətləri dərk etməyən və zahirdə donan islamı" azğın təfəkkürlərin bariz nümunəsi adlandırıb və bildirib ki, bu qayçının digər üzündə, "Amerika islamı" əsil islamla qarşıdurmadadır. "Əsil islamı dərk etməyi, kitab və sünnəyə arxalanmağı" ağıl və islam düşüncəsini bəyan etmək ruhanilərin önəmli vəzifəsidir. Peyğəmbərlərin yolu bu əsil təfəkkürün inkişaf etdirilməsidir. Ruhanilər də həmin səadət bəxş edən yolu, yəni insanların dini hidayətini davam etdirənlərdirlər." Ali Rəhbər insanların əməli hidayətini düşüncə hidayətinin təkmilləşdiricisi adlandırıb və əlavə edib ki, ən yaxşı metodlarla insanları ibadətə, dini meyarlar, o cümlədən sədaqət, əmanət, təqva, inkar olunanları tərk etmək, əmr be məruf, düzgün həyat tərzinə hidayət edin. "Hövzələrin inqilab yönlü qalmasını vurğulamağımız buna görədir. İran tarixində yaşanan “məşrutiyyət” və “neftin milliləşməsi hərəkatı”, ruhanilərin meydanda sonadək qalmamasına görə nəticəsiz qaldı. Lakin imam Xomeyninin üstün cəhətlərindən biri, ruhaniyyəti inqilab hərəkatından saxlaya bilməsidir. Əks halda nə inqilab qalib olardı, nə də İslam Respublikası öz yoluna davam edərdi. Amerikalılar o günlər olduğu kimi, bu gün də ruhaniyyəti meydanlardan uzaqlaşdırmaq niyyətindədirlər. Onlar növbəti mərhələdə xalqın meydanda qalmasına mane olmaq istəyirlər. Lakin bu günədək buna nail ola bilməyiblər". Ayətullah Xamenei siyasi hidayəti alimlər və ruhanilərin digər önəmli vəzifəsi adlandırıb və deyib ki, dini elmlər hövzələrinin inqilabçı olmasının zəruriliyini dəfələrlə vurğulamağın səbəbi budur ki, cəmiyyətin düzgün və inqilabçı hərəkətinin davamlılığı ruhaniliyin davamlı iştirakı olmadan mümkün deyildir. Ayətullah Xamenei tələbələrə yaxşı dərs oxumağı və nəfsi pərhizi tövsiyə edib və əlavə edib ki, heç bir digər ixtisasın alternativi ola bilməyəcəyi ruhanilik məsuliyyətlərinin icrası üçün öz səyinizi göstərin. Əlbəttə bu iş vəzifə, iş yeri və yaxud şöhrət qazanmaq məqsədi mənasında olmamalıdır. Teqlər : #Ruhanilərin üç əsas vəzifəsi hansılardır? Ayətullah Xameneinin çıxışından FOTO , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xameneinin polis işçiləri və rəsmiləri ilə görüşü-FOTO Ayətullah Xamenei: İslam ümmətinin səadət və xoşbəxtliyi Quran maarifi ilə yaxın olmalarına bağlıdır - YENİLƏNİB - FOTO
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO