Rusiyada Konfederasiyalar Kuboku başlayır 17 İyun 2017 01:00 İdman lk oyun günündə təşkilatçı ölkə ilə Yeni Zelandiya yığmaları qarşılaşacaq Bu gün Rusiyada futbol üzrə Konfederasiyalar Kubokuna start veriləcək. "Report"un məlumatına görə, sayca 8-ci dəfə keçiriləcək yarış 2018-ci il dünya çempionatı öncəsi yoxlama xarakteri daşıyır. Oyunlar gələn il mundialı qəbul edəcək stadionlarda təşkil olunacaq. Konfederasiyalar Kubokuna ümumilikdə 8 ölkənin milli komandası qatılıb. Bunlar təşkilatçı ölkə Rusiya, 2014-cü ilin dünya çempionu Almaniya, 2015-ci il Asiya Kubokunun qalibi Avstraliya, Amerika Kubokunun sahibi Çili, "Gold Cup 2013" və "Gold Cup 2015"in sahibləri arasındakı oyunun qalibi Meksika, 2016-cı il Okeaniya Kubokunun qalibi Yeni Zelandiya, 2016-cı ilin Avropa çempionu Portuqaliya və 2017-ci il Afrika Millətlər Kubokunun qalibi Kamerun yığmalarıdır. Rusiya, Portuqaliya və Çili bu yarışda ilk dəfə iştirak edəcək. Oyunlar Moskvadakı "Spartak", Soçidəki "Fişt" stadionlarında, eləcə də Sankt-Peterburq və Kazandakı eyniadlı arenalarda keçiriləcək. Püşkə əsasən, Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika A qrupunda, Kamerun, Çili, Avstraliya və Almaniya B qrupunda yer alıb. Turnirin təqvimi: A qrupu 17 iyun 19:00. Rusiya – Yeni Zelandiya Baş hakim: Vilmar Roldan (Kolumbiya) "Sankt Peterburq Arena" 18 iyun 19:00. Portuqaliya – Meksika "Kazan Arena" 21 iyun 19:00. Rusiya – Portuqaliya "Spartak" stadionu 22:00. Meksika – Yeni Zelandiya "Fişt" stadionu 24 iyun 19:00. Meksika – Rusiya "Kazan Arena" 19:00. Yeni Zelandiya – Portuqaliya "Sankt Peterburq Arena" B qrupu 18 iyun 22:00. Kamerun – Çili "Spartak" stadionu 19 iyun 19:00. Avstraliya – Almaniya "Fişt" stadionu 22 iyun 19:00. Kamerun – Avstraliya "Sankt Peterburq Arena" 22:00. Almaniya – Çili "Kazan Arena" 25 iyun 19:00. Almaniya – Kamerun "Fişt" stadionu 19:00. Çili – Avstraliya "Spartak" stadionu Yarımfinal 28 iyun 1. 22:00. A qrupunun qalibi – B qrupunun ikincisi. "Kazan Arena" 29 iyun 2. 22:00. B qrupunun qalibi – A qrupunun ikincisi. "Fişt" stadionu 3-cü yer uğrunda 2 iyul 16:00. 1-ci cütün məğlubu – 2-ci cütün məğlubu. "Spartak" stadionu FİNAL 2 iyul 22:00. 1-ci cütün qalibi – 2-ci cütün qalibi. "Sankt Peterburq Arena" Qeyd edək ki, əvvəlki 7 Konfederasiyalar Kubokunda Braziliya 4 dəfə qalib olub. Bunlardan birincisi ilk (1997), qalanları isə son 3 (2005, 2009, 2013) turnirə təsadüf edib. 2001 və 2003-cü illərdə kuboku Fransa, 1999-cu ildə isə Meksika qazanıb. / Teqlər : #Rusiyada Konfederasiyalar Kuboku başlayır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çempionlar Liqasının ən yaxşı qolu müəyyən edilib “Real” Ronaldo ilə bağlı qərarını verdi