Rusiya neft hasilatını dondurmağa hazırdır 21 Noyabr 2016 02:00 İqtisadiyyat Vladimir Putin Rusiyanın neft hasilatını dondurmağa dair mövqeyini təsdiqləyib. Bu barədə Trend İnterfaks-a istinadən məlumat verir. Rusiya Prezidenti Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən qeyd edib: "Qarşıdakı OPEK görüşünə və mövqeyimizə gəlincə, o, dəyişməz qalır və biz dəfələrlə bunu demişik: indiki səviyyədə neft hasilatını dondurmağa hazırıq". / Teqlər : #Rusiya neft hasilatını dondurmağa hazırdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Neft bahalaşıb Azərbaycanda idxal məhsulları bahalaşıb