Rusiya XİN başçısı: ‘Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni əlaqələr hazırlanır’ 19 Fevral 2019 15:07 Qarabağ xəbərləri "Sədrin belə mövqeyinə görə minnətdarıq. Rusiya, ABŞ və Fransadan olan həmsədrlər sıx əlaqədə işləyirlər. Onlar Ermənistan və Azərbaycan liderləri, xarici işlər nazirləri ilə görüşüblər, yeni əlaqələr hazırlanır". Maide.Az "Report"a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey LavrovMoskvada slovakiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşdən sonra deyib. Onun sözlərinə görə, Ermənistanda bu yaxınlarda yeni hökumət formalaşdığını nəzərə alaraq, bu mərhələdə həll proseslərinin nə qədər dərinləşdirilməsinin mümkünlüyünü başa düşmək üçün, təbii ki, bir az əlavə vaxta ehtiyac var. "Həmsədrlər və ATƏT yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilər. Qərarlar tərəflər arasında birbaşa danışıqlarda birbaşa söhbət zamanı qəbul edilməlidir", - Rusiya XİN başçısı qeyd edib. Teqlər : #Rusiya,#XİN,#başçısı:,#‘Dağlıq,#Qarabağ,#münaqişəsinin,#həllinə,#dair,#yeni,#əlaqələr,#hazırlanır’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qaradağlı faciəsindən 27 il ötür İranda Xocalı soyqırımına həsr olunan sərgi keçirilir
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni